Bu gün Londonda
velosiped idmanının trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsinə start
verilib. Sportnet.az-ın məlumatına görə, planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda
Azərbaycan 3 velosipedçi ilə təmsil olunur.
Təmsilçilərimizdən
mübarizəyə ilk olaraq Yelena Pavluxina qoşulacaq. O, bu gün 10 km məsafəyə skretç
yarışında çıxış edəcək. Mübarizəyə Bakı vaxtı ilə saat 19.40-da start
veriləcək. Pavluxina həmçinin sabah qrup ötüşməsində də çıxış edəcək.
Digər 2 idmançımıza gəlincə, Olqa İsmayılova sabah 200 metr məsafəyə sprint yarışında, dekabrın 7-də isə kehrində mübarizə aparacaq. Sergey Omelçenkoya gəlincə, o sabah kehrin yarışında çıxış edəcək. Dünya Kubokuna dekabrın 7-də yekun vurulacaq.