Rumıniya
Futbol Federasiyası yüksək liqada çıxış edən "Braşov” klubuna ultimatum verib.
Sportnet.az-ın məlumatına görə, buna səbəb klubun hazırda "Qəbələ”də çıxış edən
Andrea Kristeaya olan borcunu hələ də ödəməməsidir.
Rumıniya çemionatında 10-cu pillədə qərarlaşan "Braşov” klubuna ölkənin futbol fedrasiyası tərəfindən xəbərdarlıq edilib. Komanda Romeo Surdu və "Qəbələ”nin şərəfini qoruyan Andrea Kristeaya olan borcunu 5 gün ərzində geri qaytarmazsa aşağı liqaya endiriləcək. "Braşov” klubunun Kristeaya 35 min, Surduya isə 42 min avro borcu var.