Honduras millisinin baş məşqçisi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu posta kolumbiyalı Xorxe Luis Pinto
gətirilib.
Mütəxəsislə 2018-ci ilə kimi
müqavilə bağlanılıb. Onun qarşısına komandanı Rusiyada keçiriləcək DÇ-2018-ə
çıxarmaq vəzifəsi qoyulub.
Qeyd edək ki, Pinto Braziliyada təşkil olunan dünya çempionatı zamanı Kosta-Rika millisinə rəhbərlik edib. O, komandanı ¼ finala qədər gətirməyi bacarıb. Bu isə ölkənin futbol tarixinin ən yaxşı nəticəsi olub.