UEFA Avropa Liqasının
F qrupunun sonuncu turunda keçiriləcək
"Qarabağ” – "İnter” matçının hakimləri açıqlanıb. Sportnet.az-ın məlumatına
görə, matçını çexiyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Miroslav Zelinka olacaq. Ona həmyerliləri Ondraj Pelikan və Jiri Molaçek yardım edəcəklər. Matçın 4-cü hakimi çexiyalı Antoni Karduladır.
Avropa Liqası, VI tur
11
dekabr
F qrupu
21:00. "Qarabağ” – "İnter”
Baş hakim: Miroslav Zelinka (Çexiya)
Köməkçi hakimlər: Ondraj Pelikan, Jiri Molaçek (hər ikis Çexiya)
Əlavə köməkçi hakimlər: Pyotr Ardeleanu, Jan Jilek (hər ikisi Çexiya)
Dördüncü hakim: Antoni Kardula (Çexiya)
Hakim inspektor: Raymond Ellinqham (Uels)
UEFA nümayəndəsi: Genadiy Şkurtul (Moldova)
Qeyd edək ki, "Qarabağ” – "İnter” qarşılaşması dekabrın 11-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.