Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda Azərbaycan 1-ci divizionunun XIV turunun oyunları ilə bağlı
cəzalar açıqlanıb.
"Kəpəz”lə oyunda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə
ilə cəzalandığı üçün klub 100 manat cərimə olunu.
"Şəmkir” – "Göyəzən” matçında meydan sahiblərinin 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 29-cu dəqiqəsində "Göyəzən” klubunun futbolçusu Tunar Şaxtaxtinski
kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı
üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Qaradağ Lökbatan” – "Rəvan” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 45-ci dəqiqəsində "Qaradağ Lökbatan” klubunun futbolçusu Anar Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. "Qaradağ Lökbatan” klubunun digər futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.