
Türkiyə futbolunda daha bir biabırçılıq yaşanıb. Sortnet.az-ın məlumatına görə, qonşu ölkənin 3-cü
liqasında keçiriliən "Van BB" - "Berqama Bələdiyyəspor"
oyununda qonaq komandanın futbolçusunun əsgər salamı verməsi gərgin anlara səbəb
olub.
84-cü dəqiqədə qonaqların futbolçusu Gökhan Çetinus bərabərlik
qolunu vurub. Daha sonra isə sevincini əsgər salamı verərək qeyd edib. Bu isə
kürdlərin yaşadığı yerli vanlıları narazılığına səbəb olub. Nəticədə meydan
sahiblərinin futbolçuları və məşqçi heyəti, hətta azarkeşlər belə türk
futbolçuya hücum ediblər. Azarkeşlər isə tribunalardan "Biji Serok
Apo" (Yaşasın öndərimiz Apo) və "Bura Kürdüstandı, burdan çıxış
yox" şüarları səsləndirməyə başlayıblar.
Yalnız polisin müdaxiləsindən sonra hadisəni dayandırmaq mümkün olub.