
Avroliqanın qrup mərhələsi çərçivəsində baş
tutacaq "Qarabağ" - "İnter" oyunöncəsi mətbuat
konfranslarının vaxtı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, dekabrın 10-da saat 18:00-da
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin
önünə çıxacaq.
"Qarabağ"ın oyunöncəsi məşqi isə, saat 18:30-da
başlayacaq.
"İnter"in baş məşqçisi Roberto
Mançini isə 20:00-da mətbuat konfransına çıxacaq. İtalyanların məşqi isə
20:30-da start götürəcək.
Xatıradaq ki, "Qarabağ” – "İnter” oyunu
dekabrın 11-də 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.