Sabah Avropa Liqasının qrup mərhələsinin son turunda İtaliya "İnter”ini qəbul
edəcək "Qarabağ” tarixi uğurun astanasındadır. Sportnet.az-ın məlumatına görə,
"Atlılar” pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu ola bilər.
"Qarabağ” "İnter”lə
qarşılaşmada qələbə qazanarsa ikinci pillənin sahibi kimi növbəti mərhələyə
vəsiqəni təmin edəcək. Heç-heçə edəcəyi təqdirdə, paralel keçiriləcək "Dnepr” –
"Sent-Etyen” qarşılaşmasında da bərabərliyin qorunacağına ümid etməli olacaq.
"İnter” komandası isə istənilən
halda qru lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edib.
Qrup mərhələsini 2-ci turunda
"Qarabağ” Milanda Danilo D’Ambrozio və Mauro İkardinin qolları ilə məğlub olub
– 2:0. "İnter” komandası Azərbaycan klubları ilə qarşılaşmada ilk qələbəsini
2012/2013 mövsümündə "Neftçi” ilə qarşılaşmda əldə edib. "Neftçi” həmin vaxt
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi
tarixə düşüb.
"Qarabağ” isə Avropa Liqasının
son 3 ev oyununda qələbə qazana bilməyib. Onlardan ikisində heç-heçə edən
komandamız, bir görüşdə məğlu olub. Öz növbəsində "İnter” bu turnirdə son 3
səfər qarşılaşmasında məğlubiyyət yaşamayıb – 2 qələbə və 1 heç-heçə.
"İnter”lə oyun "Qarabağ”ın bu
mövsüm Avropa meydanlarında 12-ci qarşılaşması olacaq. "Atlılar” bu nəticə ilə
"Neftçi”nin 2012/2013 mövsümündəki rekordunu təkrarlamış olur.
Daha əvvəl Azərbaycan klubları Avropa Kuboklarının qrup mərhələlərində iştirak etməsələr də, "Qarabağ” ölkə tarixinin bu mərhələdə ən yaxşı nəticəsini əldə edib. "Atlılar” UEFA-nın klub turnirlərinin qrup mərhələsində ilk qələbə qazanan komanda olmaqla yanaşı, iki il əvvəl "Neftçi”nin topladığı xaldan daha çox yığmağı bacarıb.
"Qarabağ” Avropa Liqasının qrup
mərhələsində iştirak edən öz ölkələrinin çempionu olmuş 10 komandadan biridir.
Digər 9-u isə bunlardır: "Dinamo” (Xorvatiya), "Legiya” (Polşa), "Styaua”
(Rumıniya), "Sparta” (Çexiya), "Olborq” (Danimarka), "Slovan” (Slovakiya), HİK
(Finlandiya), "Salzburq” (Avstriya), "Seltik” (Şotlandiya).
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin tarixində ən yaxşı bombardirdir. Onun aktivində millinin heyətində 14 qol var. Qurbanov futbolçu kimi Rusiyada legioner həyatı yaşayıb. O, 2008-ci ildə "Qarabağ”ın baş məşqçi postuna gətirilib. Ötən mövsüm isə komandaya 21 ildir həsrət qaldığı çempionluğu qazandırıb.