
"Ayntraxt" klubunun baş məşqçisi Tomas
Şaaf komandanın düşərgəsində baxışda olan azərbaycanlı qapıçı Emil Balayev haqda danışıb. Sportnet.az-ın Almaniya mətbuatına istinadən məlumata
görə, mütəxəssis Emilin yaxşı təsir bağışladığını bildirib.
Şaaf
Balayevin səviyyəsindən razı qalıb: "Emil Balayev yaxşı təsir bağışlayır. Səviyyəsi
məni qane edir. Lakin qısa müddətdə onun haqda dəqiq fikir söyləmək olmaz. Bu həftə vaxtı bitir. Balayevi yenidən sınaqdan keçirməyə çalışacağıq".
Qeyd edək ki, Emil Balayev dekabrın 12-dək "Ayntraxt"ın düşərgəsində baxışda olacaq.