Türkiyəli məşqçi Yılmaz Vural özünə yeni klub tapıb. Sportnet.az xəbər verir ki, 61 yaşlı mütəxəssis bundan sonra PTT I liqa təmsilçisi "Osmanlıspor"u çalışdıracaq.
Osman Özköylünün istefasından sonra klub rəhbərliyi məhz Yılmaz Vuralı bu posta gətirmək qərarı verib. Bu karyerası ərzində 28 komandada işləyən mütəxəssisin sayca 29-cu baş məşqçliyi olacaq. "Osmanlıspor" hazırda 29 xall PTT I liqada turnir cədvəlinin zirvəsində qərarlaşıb. Növbəti mövsüm Superliqada mübarizə aparmaq istəyən komandanın qarşısına yüksək hədəflər qoyulub.
Qeyd edək ki, Yılmaz Vural Berti Foqtsun istefasından sonra millimizin baş məşqçi postuna namizədlərdən biri idi.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |