
"Qəbələ"nin futbolçusu Ruslan Əmircanov Türkiyənin İstanbul şəhərinə yollanıb. Sportnet.az-ın məlumatına görə, Əmircanov Acıbadem xəstəxanasında ayağındakı ağrılarla bağlı yenidən müayinə olunacaq.
O bildirib ki, qış fasiləsindən sonra "Bakı"ya qarşı forma geyindikdən sonra ağrıları yenidən baş qaldırıb. Əmircanovun durumuna məhz tibbi müayinədən sonra aydınlıq gələcək.