
"Oyundan razı qaldım. Elit-raund öncəsi yaxşı hazırlıq oldu". Sportnet.az-ın məlumatına görə, bunu Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçi Mixail Qalaktionov Azərbaycan millisini 4:2 hesabı ilə yendikləri yoldaşlıq görüşündən sonra deyib.
Qalaktionov bildirib ki, belə oyunlar təcrübə qazanmaq baxımından komandası üçün uğurlu alınıb: "Rəqibin səviyyəsi də bizi qane etdi. Fikrimcə, Azərbaycan yığması elit-raundda rəqibləri üçün asan keçiləcək komanda olmayacaq. Yığmanızın mərhələ adlamaq şansı var”.
Avropa çempionatının Bakıda keçiriləcək elit-raunduna hazırlaşan U-17 millimiz Rusiya ilə ilk yoxlama matçında da uduzub - 1:2.