1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev: "Etimadı doğruldacağıq"
"Artıq müəyyən işlər həyata keçirilib və nəticələr əldə olunur. Prezident İlham Əliyevin qarşımıza qoyduğu bir çox tapşırıqlar yerinə yetirilir". Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev bu keçirilən hesabat konfransında çıxışı zamanı deyib.
İlin yekunları ilə bağlı fikirlərini bildirən R.Abdullayev "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı ilə bağlı dövlət proqramı" barədə danışıb. AFFA rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin federasiyanın qarşısına qoyduğu tapşırıqların yerinə yetirildiyini qeyd edib.
O, 2020-ci il Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi barədə qərarın verilməsini dövlət başçısı tərəfindən verilən böyük dəstəyin nəticəsi kimi qiymətləndirilib: "Çempionatın 3 qrup və bir 1/4 oyunu Bakıda keçiriləcək. Bu, çox böyük tədbirdir. Biz qarşımıza qoyulan vəzifələri yerinə yetirib, etimadı doğruldacağıq. Cənab Prezidentə bizə verdiyi böyük dəstəkdən dolayı təşəkkür edirəm. Dövlətimiz bizə böyük köməklik göstərdi ki, bu da birgə görülən işin nəticəsidir".