Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşlərinin daha 2 oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, oyunlar İngiltərə və Almaniyada olacaq.
Almaniyanın "Bavariya" klubu doğma azarkeşlər önündə Ukrayna "Şaxtyor"unu qəbul edəcək. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığından, qonaqlar üçün qollu bərabərlik də sərfəli nəticə sayılır. Münhen təmsilçisi isə növbəti mərhələy vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır.
İngiltərədə baş tutacaq digər görüşdə isə Fransanın PSJ klubu "Çelsi"nin qonağı olacaq. Cütlüyün Parisdə keçirilən ilk oyununda da bərabərlik qeydə alınıb - 1:1. Ən azı qolsuz bərabərlik nəticəsində "zadəganlar" növbəti mərhələyə vəsiqə qazanacaqsa, Paris təmsilçisi bunun üçün 90 dəqiqəni ya qələbə, ya da daha çox qollu heç-heçə ilə başa vurmalıdır.
23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 2:2
QOL: Qari Kehill, 81. Edin Hazard, 96 (P) - David Luis, 86. Tiaqo Silva, 114.
Qırmızı vərəqə: Zlatan İbrahimoviç, 31
Baş hakim: Byorn Keypers (Hollandiya)
İlk oyun: 1:1
23:45. "Bavariya" (Almaniya) - "Şaxtyor" (Ukrayna) - 7:0
QOL: Tomad Müller, 4 (P); 52. Jerom Boatenq, 34. Frank Riberi, 49. Xolqer Badştuber, 63. Robert Levandovsk, 75. Mario Götze, 88.
Qırmızı vərəqə: Oleksandr Kuçer, 3.
Baş hakim: Uilyam Kollam (Şotlandiya)
İlk oyun: 0:0