
Hollandiya çempionatının XX turunda keçirilən "Breda" - PSV qarşılaşması qonaqlar üçün uğursuz başlayıb. Sportnet.az-ın məlumatına görə, qonaq komandanın futbolçusu Jetro Vilyems qarşılaşmanın 25-ci saniyəsində rəqibinə qarşı etdiyi sərt hərəkətə görə baş hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.