Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə oynayıb.
Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.
Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova və Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.
Qeyd edək ki, cavab görüşləri fevralın 21-də baş tutacaq.















































































