"Baku Open" 2026 Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç və digər rəsmi şəxslər iştirak edib.
İlk olaraq Azərbaycan Şahmat Federasiyasının prezidenti və Avropa Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsini icra edən Mahir Məmmədov tədbirin iştirakçılarını salamlayaraq onlara iştirakına görə minnətdarlıq bildirib.
Həmçinin o, gələcəkdə daha çox turnirə ev sahibliyi edəcəyindən məmnunluq bildirib.
Federasiya prezidenti çıxışının sonda çempionatın qaliblərini təbrik edib.
Daha sonra "Baku Open" turnirinin tarixinə həsr olunmuş video-çarx təqdim olunub.
Fərid Qayıbov çıxışında tədbirin qonaqlarını qarşılayaraq iştirakına görə təşəkkürlüyünü bildirib, qalib idmançıları təbrik edib.
İdman naziri məqsədlərinə çatdığını da vurğulayıb:
"Burada valideynlərin, uşaqların xoşbəxt üzlərini görürük. Bu isə o deməkdir ki, biz məqsədimizə çatmışıq"
Növbəti olaraq Bakının İdman Paytaxtı olduğunu göstərən video-çarx təqdim olunub.
Ardınca Türkiyə Şahmat Federasiyasını prezidenti Fethi Apaydın çıxış edib.
O, dəvətə görə təşəkkür edib, qonaqları salamlayıb.
Federasiya prezidenti yarışın ədalətli keçdiyini vurğulayıb.
F. Apaydın mərhum qrossmeyster Vüqar Həşimovun qardaşı Sərxan Həşimovu salamlayıb.
Sonra isə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç səhnəyə çıxaraq iştirakçıları salamlayıb, burada olduğundan məmnunluq bildirib.
Çıxışının davamında o, Bakının uğurlu idman şəhəri olduğunu, digər yarışlara heç bir yardım olmadan təşkil edəcəklərinə inandığını bildirərək çıxışını başa vurub.
Bunun ardınca, "Baku Open" - 2026 turnirinə aid video-çarx nümayiş edilib.
Tədbirin sonunda mükafatlandırma mərasimi start götürüb.
Müxtəlif yaş qruplarında qaliblər prezidentlər və rəsmi heyət üzvləri tərəfindən medal və mükafatlarla təltif olunub.
























































































