
Norveçin Trömse şəhərində baş tutmuş seçkidə o, 33 səs yığıb və rəqibi, qurumun əvvəlki prezidenti Silvio Danailovu (Bolqarıstan) 15 səs geridə qoyub. Azmayparaşvili bu postda 4 il çalışacaq.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti vəzifəsinə isə yenidən Kirsan İllümjinov seçilib. Rusiyalı funksioner 110 səs yığdığı halda, rəqibi, əslən bakılı olan Harri Kasparov 61 səslə kifayətlənib. İllümjinov çıxışında builki FİDE Qran Prilərindən birinin Bakıda olacağını açıqlayıb.
Qeyd edək ki, Zurab Azmayparaşvili Azərbaycan yığmasına 2009-cu ildə Avropa çempionluğu qazandırıb.