1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahmat tacı uğrunda görüşün vaxtı və yeri bilindi
Şahmat üzrə dünya çempionu adı uğrunda növbəti görüş 2018-ci ilin noyabrında İngiltərənin paytaxtı Londonda keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, həmin qarşılaşmada tərəflərdən biri şahmat tacının hazırkı sahibi Maqnus Karlsen olacaq. Norveçli şahmatçı 10 - 28 mart 2018-ci ildə təşkil olunacaq iddiaçılar turnirinin qalibi ilə üz-üzə gələcək.
Hələlik şahmat tacı uğrunda görüşün Londonda təşkili barədə rəsmi və yekun qərar verilməyib. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov İngiltərə paytaxtında biznesmenlər və hüquqşünaslarla görüş keçirib. Onlar İlümjinovun istəyinə dəstək olacaqlarına söz veriblər.
Qeyd edək ki, 2016-cı ildə dünya çempionluğu uğrunda matç ABŞ-ın Nyu-York şəhərində keçirilib. Həmin görüşdə Maqnus Karlsen rusiyalı Sergey Karyakini tay-breykdə yenib.