1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şəhriyar Məmmədyarov mövqeyini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin iyun ayı üçün yeni reytinq siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, ilk "100-lük"də Azərbaycanın 6 şahmatçısı yer alıb.
Şəhriyar Məmmədyarov yeni reytinqə əsasən, mövqeyini qoruyub. 33 yaşlı qrossmeyster 2808 xalla 3-cü pillədə qərarlaşıb. FİDE reytinqinə 2843 xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir. İddiaçılar turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana isə 2816 xalla 2-ci yerdədir.
Azərbaycanın digər təmsilçilərinə gəldikdə, bir pillə geriləyən Teymur Rəcəbov 2751 xalla 16-cı, üç pillə geriləyən Rauf Məmmədov 2708 xalla 33-cü sıradadır. Arkadi Naydiç 2697 47-ci yerdə qərarlaşıb. O, mövqeyini bir pillə itirib.
Xalını 2666-ya çatdıran Eltac Səfərli 15 pillə irəliləyərək, 77-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2654 xalla 99-cı yerdədir. O, bir pillə irəliləyib.