Ənənəvi "ShamkirChess2019" superturnirinin iştirakçısı, sabiq dünya çempionu Vişvanatan Anand yarışdan sonra Şəmkirdən Bakıya gəlib.
Turnirin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, hindistanlı qrossmeyster Vüqar Həşimov Şahmat Akademiyasında olub. Akademiyadakı şəraitlə tanış olan hindistanlı şahmatçı uşaqlara seans keçib. Sonda Anand akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycanı tərk etməzdən öncə dünya çempionu Fəxri Xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edib.