Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun XIX - sonuncu mərhələsinin iştirakçıları bəlli olub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov "Aimchess USRapid" adlanan turnirdə mübarizə aparacaq.
Final mərhələsinə vəsiqəni təmin edə\n Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.
Qeyd edək ki, iyulun 28-də start götürəcək onlayn turnir sentyabrın 5-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.