Naxçıvan Muxtar Respublikasında kişi şahmatçılar arasında Azərbaycan çempionatının ilk turunda favoritlərin böyük əksəriyyəti qalib gəlib.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) Sportnet.az-a verilən məlumata görə, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Məmmədov, Misrətdin İskəndərov, Murad İbrahimli və Pərviz Qasımov yarışa qələbə ilə başlayıblar. 9 şahmatçı isə öz aktivinə 1 xal yaza bilib.
24 iti zəka sahibinin mübarizə apardığı ölkə çempionatında açılış turunun ilk gedişlərini gənclər və idman naziri Fərid Qayıbov və AŞF-nin vitse-prezidenti Seymur Talıbov ediblər.
Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 19-da yekun vurulacaq.