Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın dördüncü turunda polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələcək.
Məmmədyarov ilk iki turda çinli Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya və kanadalı Erik Hansenə uduzub.
Təcrübəli şahmatçı hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Ondan əvvəlki sıralarda yer alan niderlandlı Yorden van Forrest, Hansen və Kuanq Lye də eyni xalı toplayıb. Duda isə 5 xalla 3-cü yerdədir.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.