Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milliləri V turun görüşlərinə çıxacaqlar.
Sportnet.az-ın məlumatına görə, ötən tur Türkiyə önündə büdrəyən kişi millisi Kuba ilə qarşılaşacaq. Məğlubedilməz olan qadın yığması isə güclü Ukraynanın müqavimətini qırmağa çalışacaq.
Azərbaycan – Kuba
Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres
Rauf Məmmədov – Karlos Albornos Kabrera
Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres
Nicat Abbasov – Omar Almeyda Kintana
Ukrayna – Azərbaycan
Mariya Muzıçuk – Günat Məmmədzadə
Anna Muzıçuk – Gövhər Beydullayeva
Anna Uşenina – Gülnar Məmmədova
Nataliya Buksa – Ülviyyə Fətəliyeva
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi hazırda Slovakiya və Rumıniya ilə birgə 7 xalla 12 - 14-cü yerləri paylaşır. Qadınlardan ibarət yığma isə 8 xalla Fransa və Ukrayna ilə birgə 2 - 4-cü yerləri bölüşdürür.