Rumıniyanın Mamaya şəhərində 14,16 və 18 yaşlılar arasında şahmat üzrə dünya çempionatı keçiriləcək.
Sportnet.az xəbər verir ki, bu gün start veriləcək mötəbər yarışda Azərbaycanı 10 şahmatı təmsil edəcək.
Dünya birinciliyində Avropa çempionları Ayan Allahverdiyeva, Uğur İlyaslı eyni zamanda Tunar Davudov, Nərmin Abdinova, Fərid Orucov, Şiroğlan Talıbov, Nazlı Hümmətova, Səbinə Rzalı, Xəzər Babazadə və Ramazan Şərifov yarışacaq.
Mübarizəyə sentyabrın 17-də yekun vurulacaq.