Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster final raundunun IV turunda hindistanlı Ergaisi Arjunla üz-üzə gəlib.
Məmmədyarov rəqibinə 1:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gələcək. İti zəka sahibi hazırda 3 xalla Arjunla birlikdə 7-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.