Azərbaycanın veteran şahmatçısı Fikrət Sideifzadə İtaliyanın Assizi şəhərində keçirilən dünya çempionatının ilk üç turunda qələbə qazanıb
Azərbaycan Şahmat Federasiyasından Sportnet.az-a verilən məlumata görə, veteranlar arasında Azərbaycan çempionatının qalibi olan iti zəka sahibi IV turda əfsanəvi gürcü şahmatçısı Nona Qaprindaşvili ilə qarşılaşacaq.
Sideifzadə ilə yanaşı daha 10 veteran şahmatçı 3 turdan sonra maksimum nəticə göstərib.
Qeyd edək ki, dünya çempionatında 51 ölkədən 352 şahmatçı iştirak edir. Turnir 11 turdan ibarətdir.