Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində bu gün növbəti görüşlərini keçirəcək.
məlumatına görə, 37 yaşlı qrossmeyster yarışın sonuncu günündə, VII turda hindistanlı Nihal Sarinlə, VIII və IX turlarda müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Viditlə üz-üzə gələcək.
Məmmədyarov hazırda 3,5 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirin qalibi 10 min ABŞ dolları qazanacaq.