Qubada ilk dəfə keçirilən “Quba Open” beynəlxalq şahmat turnirinə yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasından Sportnet.az-a verilən məlumata görə, turnirin əsas yarışında 9 oyundan 8 xal toplayan Fərid Mustafayev birinci yeri tutub.
Kənan Qarayevlə Murad İbrahimli müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüblər.
12 yaşlıların mübarizəsində Əlisəfa Zeynallı qalib gəlib. Anar Rəhmanov ikinci, Rauf Əliyev üçüncü olub.
Ümumilikdə 110 şahmatçının yarışdığı turnir Quba Şahdağ Otelinin sponsorluğu və “Ağ Top” klubunun təşkilatçılığıyla keçirilib.