
Beynəlxalq Tennis Federasiyası (İTF) türkiyəli iki hakimi ömürlük diskvalifikasiya edib. Sportnet.az-ın məlumatına görə, Serkan Aslan və Mehmet Ülker oyun nəticələrinə manipulyasiya etməkdə günahlandırılır.
Adıçəkilən hakimlər İTF-nin bayrağı altında keçirilən heç bir yarışda yer almayacaq. Onların 2015-ci ildə təşkil olunan turnirlərdə oyunun nəticələrinə müdaxilə etdikləri aşkarlanıb.
Qeyd edək ki, M.Ülker 2015-ci ildə Türkiyənin Belek bölgəsində keçirilən turnirdə oyun nəticələrini sistemə gec daxil edib və telefon vasitəsilə nəticələri kənar şəxslərə bildirib. Nəticədə hakim həmin şəxslərə mərc oyunlarında udmaq şansı qazandırıb.