1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatı: Aleksandr Aleksandrov və Cavid Əfəndiyev 1/4 finalda! - YENİLƏNDİ
Bu gün Hollandiyanın paytaxtı Amsterdamda akademik avarçəkmə üzrə dünya çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, 60 ölkədən 1100-dək idmançının mübarizə apardığı mötəbər reqataya Azərbaycan milli komandası da qatılıb.
Ölkəmizi 4 avarçəkən təmsil edir. Təmsilçilərimizdən ilk olaraq, start xəttinə Cavid Əfəndiyev çıxıb. O, 1 nəfərlik yüngül çəkili qayıqla (LM1x) 2000 metr məsafəyə yürüşə qatılıb. 24 yaşlı avarçəkənimizin rəqibləri Venesuela, İsveçrə, Argentina və Bolqarıstandan olub. Əfəndiyev finişə 7 dəqiqə 0,930 saniyəyə çataraq, yürüşü 2-ci yerdə başa vurub. İlk "4-lüy"ə düşdüyündən, təmsilçimiz 1/4 finala yüksələcəklər.
Ardından daha 2 təmsilçimiz mübarizəyə qoşulub. 2 nəfərlik sükansız qayıqla (M2-) 2000 metr məsafəyə yürüşdə İqor Luçiç - Luka Corceviç dueti qüvvəsini sınayıb. Onların seçmə yürüşdə rəqibləri Hollandiya, Misir, Almaniya və Meksika təmsilçiləri olub. Duetimiz finişə 6 dəqiqə 32,55 saniyəyə çataraq, yürüşü 3-cü pillədə başa vurub. İlk 2 yeri tutan Almaniya və Hollandiya avarçəkənləri birbaşa yarımfinala yüksəliblər. Luçiç - Corceviç dueti isə yarımfinala yüksəlmək üçün təsəlli yürüşündə ilk 2 yeri tutmalıdır.
Nəhayət, əsas medal ümidimiz Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə seçmə yürüşdə 1-ci yeri tutub. Finişə 6 dəqiqə 46,52 saniyəyə çatan 24 yaşlı avarçəkənimiz Belçika, Hollandiya, ABŞ və Sloveniya təmsilçilərini geridə qoyaraq, birbaşa 1/4 finala yüksəlib.
Qeyd edək ki, dünya çempionatında Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Boris Yotovun da iştirakı nəzərdə tutulmuşdu. O, Aleksandr Aleksandrovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla (M2x) 2000 metr məsafəni qət etməli idi. Amma olimpiadanın keçirildiyi Çinin Nankin şəhərindən Amsterdama ötən gün gələn Yotovun mundialda çıxışını millimizin baş məşqçisi Yuliana Stoyeva vaxt azlığı səbəbindən məqsədəuyğun saymayıb. Dünya çempionatına avqustun 31-də yekun vurulacaq.