1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Komanda yoldaşına xəyanət etdi, 8 il cəzalandı
Yaponiyalı kanoeçi Yasuxiro Suzuki yığmaya düşmək uğrunda mübarizə apardığı rəqibinin içkisinə istifadəsi qadağan olunmuş maddə tökdüyü üçün 8 il müddətinə yarışlardan kənarlaşdırılıb.
Sportnet.az xəbər verir ki, bununla bağlı qərarı Yaponiya Anti-Dopinq Agentliyi qəbul edib.
Yaponiya Kanoe Federasiyasının məlumatına görə, İsikava şəhərində keçirilmiş ölkə çempionatında 32 yaşlı Suzuki özündən 7 yaş kiçik rəqibi Seydzi Komatsunun içkisinə qadağan olunmuş maddələr siyahısına daxil olan anabolik steroid - metandienon səpib. Bundan sonra Komatsu çempionatdan kənarlaşdırılsa da, qərara etiraz edib. Bu səbəbdən, Yaponiya Anti-Dopinq Agentliyi təhqiqat aparıb və onun günahsız olduğu üzə çıxıb.
Hər iki idmançı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün yığmaya namizəddirlər.
Qeyd olunur ki, Yasuxiro Suzuki daha öncə də qeyri-idman davranışı ilə fərqlənib. O, yarış və məşqlər zamanı rəqiblərinin inventarlarını oğurlayıb.