1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan idmançısı Dünya Kubokunda mübarizəyə başlayır
Mayın 9-da Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun I mərhələsi start götürəcək. Sportnet.az-ın məlumatına görə, iki gün davam edəcək yarışda Azərbaycanı Cavid Əfəndiyev təmsil edəcək.
O, məşqçi Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq. 25 yaşlı idmançı 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bu qayıq tipində ümumilikdə 18 avarçəkən yer alacaq. Seçmə mərhələdə təmsilçimizin rəqibləri Sloveniya, Slovakiya, Çexiya və Bolqarıstan idmançıları olacaq. Sabah Bakı vaxtı ilə saat 12:55-də startı veriləcək yürüşdə ilk 4 pilləni tutanlar yarımfinala yüksələcəklər.
Qeyd edək ki, Dünya Kubokunda ümumilikdə 34 ölkədən 197 avarçəkən yarışacaq.