Kanoe və avarçəkmə üzrə Serbiyada keçirilməli olan dünya çempionatı baş tutmaya bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) baş katibi Fərhad Əliyev 2022-ci ilin yekunlarına həsr olunan illik hesabat konfransı zamanı açıqlama verib.
O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli böyük turnirlərdən hələlik yalnız İsveçrənin Lutsern şəhərindəki Dünya Kubokunun baş tutacağı dəqiqdir: “Həmçinin İtaliyanın Vareze şəhərində də analoji yarış olmalıdır”.
Baş katib olimpiada üçün əsas namizədlərinin Diana Dımçenko, Ziya Məmmədzadə və Bəhmən Nəsiri olduğunu vurğulayıb: “Ancaq yenə də konkret ad çəkmək üçün hələ tezdir. Lisenziya yarışları gələn ilin mayında başlayacaq. İki il ərzində lisenziya xarakterli turnirlər olacaq”.