
Qısa məsafəyə üzgüçülük üzrə Yaponiya milli komadasının üzvü Naoya Tomita videomakera oğurluğuna görə Milli Federasiya tərəfindən 18 ay müddətində diskalivikasiya olunub. Spornet.az-ın məlumatına görə, o, Asiya oyunları zamanı Cənubi Koreyalı jurnalistin videokamerasını oğurlayıb.
Yaponliyalı üzgüçünün oğurluğu müşahidə kameraları tərəfindən qeydə alınıb. İdmançı günahını etiraf edib. İlyarım müddətinə yarışlarda iştirakdan məhrum olan üzgüçü, federasiyaya 1,2 min ABŞ dolları cərimə ödəyəcək. Tomitanın əməkdaşlıq etdiyi "Descente" idman məhsulları firması da onu işdən kənarlaşdırıb.
Qeyd edək ki, Tomita 2010-cu ildə 200 metr məsafəyə üzgüçülük üzrə dünya çempionu olub.