1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İdman mediasının voleybolçu qaranquşları - REPORTAJ
Mayın 5-də İdman Araşdırmalar Mərkəzi (İAM) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci, Faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə və "Bakı 2015” I Avropa Oyunlarına dəstək məqsədi ilə idman jurnalistləri arasında voleybol matçı keçirildi. Sportnet.az-ın məlumatına görə, qarşılaşma yazılı mediada çalışan jurnalistlərlə daha çox televiziya məkanında idmanın təbliği ilə məşğul olan KİV təmsilçiləri arasında baş tutdu.
Komandalar şərti olaraq, "Yazarlar" və "TV-Media" adlandırıldı.
Açılış mərasimində AVF rəsmiləri tədbir iştirakçılarını salamlayıb, onlara bu dəvəti qəbul etdikləri üçün minnətdarlıqlarını bildirdilər. Daha sonra İAM sədri Elşən Məmmədov görüşün rəhbəri olduğu qurumun 3 yaşının tamamlandığı günə təsadüf etdiyini bildirərək, belə əlamətdar hadisəyə imkan yaratdığı üçün AVF-yə minnətdarlığını bildirdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra matça start verildi. Qarşılıqlı razılaşma əsasında görüşdə qalib 2 setdə üstün olan tərəf elan olunacaqdı.
"Yazarlar”: Kənan Həsənov (Futbol+), Elsevər Məmmədov (Qafqazinfo.az), Mehman Süleymanov ("Qəbələ" İK), Kənan Məstəliyev (Rekord.az), Mirələm Həsənli (Sportlife.az), İbrahim Cəfərov (Futbolxeber.az), Səxavət Qurbanov (İdmanxeber.com), Rövşən Əhlimanoğlu (Report.az), Ceyhun Əliyev (Sportnet.az - kapitan)
Oynayan məqşçi: Kənan Həsənov
"TV-Media”: İlkin Fikrətoğlu (ATV), Elnur Əşrəfoğlu (Olimpiya.az), Səbuhi Musayev (Sport7.az), Kənan Hakimov, Ramil Yaqubov (hər ikisi ANS), Hacı Mərdan (Newsport.az), Rahib Səmədov ("Olimpiya dünyası"), Orxan Sübhan ("Lider" TV), İman Məcidov ("Space" TV - kapitan).
Baş məşqçi: Gündüz Abbaszadə
Tərəflərin ustalıq səviyyəsi peşəkarlardan geri qalsa da, əzmkarlıqlarına söz ola bilməzdi. Adlarını çəkmədiyimiz bir çox jurnalistlər artıq çəkidən əziyyət çəkmələrinə baxmayaraq, bəzi epizodlarda topun arxasınca qaranquş kimi uçmaqdan belə çəkinmirdilər. Emosiyalar isə... Bunu görməyə dəyərdi. Jurnalistlər qələm və kameralarını bir kənara qoymuşdular. Qələbə uğrunda əməlli-başlı savaşa çıxmışdılar.
Həyəcanı ilk boğmağı bacaran televiziyaçılar oldu. "Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin sabiq həmkarlarına verdiyi göstərişlər də ilk setin müqəddəratını həll edən faktorlardan idi. Məhz bunun nəticəsi idi ki, ilk setdə sevinən tərəf onlar oldu. Yazarlar ilk setdə daha məzmunlu oyun sərgiləsələr də, Elsevər Məmmədovun servislər zamanı buraxdığı səhvlər komandaya baha başa gəldi. Nəticədə, ilk setdə sevinən tərəf televiziyaçılar oldu – 25:22.
İkinci setdə "Yazarlar” təşəbbüsə tamamilə yiyələnə bildilər. Xüsusən, komandanın oynayan məşqçisi Kənan Həsənovun qüvvətli zərbələri qarşısında "TV-Media” tab gətirə bilmirdi. Elə Elsevər Məmmədov da servislərinə "əl gəzdirmişdi”. Nəticədə 2-ci setdə "Yazarlar” nəzərəçarpacaq üstünlüklə qalib gəldilər – 25:18.
Lakin 3-cü setə fiziki cəhətdən daha hazırlıqlı olan "TV-Media” qələbəni qopara bildilər – 25:22.
Matç başa çatdıqdan sonra isə paltardəyişmə otağını görməyə dəyərdi. Artıq kimin qalib gəldiyi arxa plana keçmişdi. Jurnalistlər İlkin Fikrətoğlunun məzəli zarafatlarına duz qatır, oyunun ən yaddaqalan epizodlarını özünəməxsus qaydada şərh edirdilər.
Sportnet.az qalib gələn "Televiziyaçılar”ı təbrik edir, əməkdaşı Ceyhun Əliyev isə komandasının məğlubiyyətinin əvəzini İAM-ın 4 yaşında çıxacaqlarına söz verir.