1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tokio olimpiadasının proqramında dəyişiklik edildi
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramını təsdiqləyib. Sportnet.az-ın məlumatına görə, yeni proqramda gənclər, şəhəriçi və qarışıq yarışların, eləcə də idmançıların ümumi sayı azaldılmaqla qadın iştirakçıların sayı çoxaldılıb.
Daha dəqiqi, yarışların sayı 15-ə yüksəldiyi halda, idmançı sayı 285-ə enib. Qarışıq yarışların sayı "Rio-2016" ilə müqayisədə 9-dan 18-ə çatdırılıb.
Qəbul olunmuş qərarlarda əsas məqsəd kişi və qadınların say bərabərliyi və gender balansının qorunmasıdır. Bu baxımdan, avarçəkmə, atıcılıq, ağırlıqqaldırma, cüdo, sərbəst və qadın güləşi, yelkənli idman və velosiped idmanı dəyişikliyə məruz qalıb.
Gənclər və şəhəriçi yarışlara əlavələr basketbol 3X3, BMX fristayl, idman qayayadırmanması və skeytbordinqdə baş verib.