
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Təsnifat Turnirirdə Azərbaycanın para-taekvondo üzrə milli komandası Tokio Yay Paralimpiya Oyunlarına daha 2 lisenziya qazanıb.
Milli Paralimpiya Komitəsindən Sportnet.az-a verilən məlumata görə, həmin vəsiqələrə Röyalə Fətəliyeva (49 kq) və Əbülfəz Abuzərli (75 kq) sahib çıxıb. Fətəliyeva və Abuzərli finalda gürcüstanlı rəqiblərini məğlub edərək, həm də qızıl medala yiyələniblər.
Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 12 lisenziya əldə ediblər. Bunlardan hərəyə 3-ü para-taekvondo, para-atletika və üzgüçülük, 2-si güllə atıcılığı, hərəyə 1-i pauerliftinq və taekvando növlərində qazanılıb.
Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.
--------------------------------------
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Təsnifat Turnirirdə Azərbaycanın para-taekvondo üzrə milli komandası Tokio Yay Paralimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.
Milli Paralimpiya Komitəsindən Sportnet.az-a verilən məlumata görə, həmin vəsiqəyə qadınların yarışında Aynur Məmmədova 58 kq çəki dərəcəsində yiyələnib. Məmmədova finalda ispaniyalı rəqibini məğlub edərək həm də qızıl medala sahib olub.
Bununla da Azərbaycan paralimpiyaçıları 5 idman növündə artıq 10 lisenziya əldə ediblər. Bunlardan hərəyə 3-ü para-atletika və üzgüçülük, 2-si güllə atıcılığı, hərəyə 1-i pauerliftinq və taekvando növlərində qazanılıb.
Qeyd edək ki, para-taekvando növü Paralimpiya Oyunlarının proqramına ilk dəfə salınıb.