Niderlandı təmsil edən Efiopiya əsilli atlet Sifan Hassan Tokio-2020 Yay Olimpiya Oyunlarında 1500 metr məsafəyə qaçışda yarımfinalın qalibi olub.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı idmançı yarış zamanı rəqibi ilə toqquşub və yerə yıxılıb.
Lakin Hassan mübarizəyə davam edib və 4 dəqiqə 5,17 saniyəyə finişə birinci çatıb.