
ABŞ-nin “Los-Anceles Klippers” klubunun basketbolçusu Ceyms Harden zorlama hadisəsi üzrə səhlənkarlıqda ittiham olunur.
Sportnet.az “NBC News”a istinadən xəbər verir ki, basketbolçunun qardaşı oğlu Armani Blekbern bir qadına qarşı cinsi zorakılıq törədib.
Hadisə Yeni il ərəfəsində 36 yaşlı idmançının malikanəsində keçirilən gecə partisində baş verib.
40 yaşlı qadın bildirir ki, özü və iki rəfiqəsi Blekbernin onlara verdiyi içkini içdikdən sonra huşlarını itiriblər. Onun sözlərinə görə, tez-tez özünə gəlir və yenidən huşunu itirirmiş. İddia olunur ki, Blekbern qadının bu vəziyyətindən istifadə edərək onu zorlayıb.
Zərərçəkən qadın 100 min dollardan çox təzminat tələb edir.