
Rumıniyanın paytaxtı Buxarest şəhərində 3x3 basketbol üzrə Dünya Seriyasının növbəti mərhələ oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi seçmə qrup oyunlarında "Tsukuba" (Yaponiya) klubuna 21:10, "Lozanna"ya (İsveçrə) isə 21:11 hesabı ilə qalib gəlib.
Bununla da yığma komanda əsas qruplara vəsiqə qazanıb. Qızlardan ibarət seçmə C qrupunda Sinqapur və Ukrayna yığmaları ilə mübarizə aparacaq.