
“Sabah” heyətini amerikalı basketbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, David Nikolsla 2 illik müqavilə imzalanıb.
2024/2025 mövsümündə Macarıstanın “Alba Fehérvár” basketbol klubunda möhtəşəm performans nümayiş etdirən Davidin həm FIBA Avropa Kuboku, həm də Macarıstan çempionatında çıxışı Avropa basketbol ictimaiyyətində geniş rezonans doğurub.
1996-cı il martın 26-da ABŞ-da anadan olan David Nichols, 183 sm boya malikdir. Karyerasına ABŞ-ın nüfuzlu universitet komandalarında başlayan oyun qurucusu “Albany Great Danes” və “Florida State Seminoles” komandalarında stabil çıxışı ilə yadda qalıb.
2024-cü ilin yayında “Alba Fehérvár” ilə müqavilə imzalayan Nichols, debüt mövsümündə komandanın liderlərindən birinə çevrilib. Son olaraq Türkiyənin “Yalovaspor” BK klubunda çıxış edib.