
“Bu bizim birinci oyunumuz idi. Azarkeşlərimiz bizə böyük dəstək göstərdi”.
Sportnet.az xəbər verir ki, bunu 15 yaşadək qızlardan ibarət Azərbaycanın voleybol millisinin kapitanı Çinarə Rəhimova III MDB Oyunlarının B qrupunda Tacikistan yığmasını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qələbəyə görə sevindiyini söyləyib: “Ümid edirəm ki, növbəti oyunlarda da uğurlu nəticə əldə edə biləcəyik. Bizim hazırlığımız yaxşı keçib. Bu qələbədə məşqçilərin çox böyük əməyi var. Əsas hədəfimiz çempionluqdur. Əslində, top daha çox bizdə oldu. Buna baxmayaraq hər iki tərəfin müəyyən səhvləri oldu. Bəlkə də, sözügedən səhvlər həyəcandan irəli gəlirdi”.
Qeyd edək, Azərbaycan millisi növbəti oyununu oktyabrın 3-də Özbəkistana qarşı keçirəcək.