Voleybolçu qadınlardan ibarət "Azəryol" komandasının CEV Kubokunda Polşanın "Polski Kukyer" klubu ilə keçirəcəyi 1/4 final mərhələsinin cavab görüşünə hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, yanvarın 26-da baş tutacaq qarşılaşma litvalı və rumıniyalı referilərə tapşırılıb.
Bunlar müvafiq olaraq, Audrius Qarqasas və Kristian Eduard Botezatudur. Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq matç saat 18:00-da başlanacaq.
Qeyd edək ki, iki komanda arasındakı ilk oyunda "Polski Kukyer" qalib gəlib. Növbəti mərhələyə yüksəlmək üçün "Azəryol"u 3:0 və ya 3:1 hesablı qələbə qane edir. 3:2 hesablı nəticə təqdirində isə qalib "qızıl set"də müəyyənləşəcək.







































































