Voleybolçu qadınlar arasında Rusiya Super Liqasının final matçından öncə insident baş verib. Sportnet.az-ın məlumatına görə, "Uraloçka"nın oyunçusu Şined Cek Moskva "Dinamo"su ilə qarşılaşmadan əvvəlki çalışmalarda huşunu itirib.
Həkimlər ilkin tibbi yardımdan sonra onu meydandan çıxarıblar. Hadisə ilə əlaqədar görüşün startı ləngiyib. Trinidad və tobaqolu legionerin durumuna hələ də aydınlıq gəlməyib.
Qeyd edək ki, oyun Moskva "Dinamo"sunun qələbəsi ilə yekunlaşıb - 3:0 (25:23, 25:23, 25:23). Bürünc medala isə CEV Kubokunun yarımfinalında "Azəryol"u mübarizədən kənarlaşdırmış Krasnodar "Dinamo"su layiq görülüb. Krasnodarlılar 3-cü yer uğrunda görüşdə Kazan "Dinamo"sunu yenib - 3:2 (25:22, 20:25, 25:21, 24:26, 15:8).