1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Faiq Qarayev: "Avropa Oyunlarından sonra ruh düşkünlüyü yaranmışdı"
"Çox xoşbəxtəm ki, gənc komanda, gənc voleybolçularla uğur qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandasının baş məşqçisi Faiq Qarayev Avropa Liqasının qalibi olduqdan sonra "İdman Azərbaycan"a açıqlamasında deyib.
O bildirib ki, 10 görüşün əksəriyyətini səfərdə keçirərək, hamısından qələbə ilə ayrılmaq heç də asan olmayıb: "Ötənilki Avropa Oyunlarında hamı bizdən medal gözləyirdi. Son anda medalı əldən verdikdən sonra hamıda ruh düşgünlüyü yaranmışdı. Özüm də son illər bir neçə əməliyyat keçirdiyimdən, millinin sükanı arxasında ola bilmirdim. Amma hazırda özümü yaxşı hiss edirəm".
Təcrübəli mütəxəssis gələn il Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı üçün gözəl komanda formalaşdırdırqlarını vurğulayıb: "Avroliqada 10 oyun keçirdik. Fransa, Monteneqroda keçirdiyimiz bütün oyunlarda, eləcə də yarımfinal və final görüşlərində üstün olduq. Gənc komanda yaratmaq, təcrübə toplamaq, əksər qarşılaşmaları səfərdə oynamaq çox çətindir. Belə sınaqlardan çıxmağı bacarırıqsa, deməli, komandamızı qarşıda daha böyük uğurlar gözləyir. Vaxtilə deyirdilər ki, biz nə vaxt Rusiyaya qalib gələcəyik. Ondan sonra 3 dəfə Rusiyanı məğlub etdik. İndi də yeni komanda qururuq. Bu komanda üzərində daha da işləmək lazımdır. Sentyabrda Yeltsin turnirində daha güclü komandalarla qarşılaşacağıq. Gözəl komanda yaratmışıq, oyunumuzdan zövq alıram. Klublarla danışırıq ki, heyətlərində azərbaycanlılar oynasınlar. İndi biz yeni sistem qururuq ki, daha yüksək nailiyyətlərə imza ataq. Bizə dəstək olan bütün idman qurumlarına minnətdaram".
Qeyd edək ki, Azərbaycan millisi finalda Slovakiyanı səfərdə 3:1, evdə 3:0 hesabı ilə yenərək, Avropa Liqasının qalibi olub.