Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, I dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 4-də təşkil olunacaq. Günə “Sərhədçi” - “Express” oyunu ilə start veriləcək. “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq görüş saat 14:00-da başlayacaq.
Ardınca eyni məkanda “Xilasedici” və “MOİK” qüvvəsini sınayacaq. Oyun saat 16:00-da start götürəcək.