
ABŞ tennisçisi Ebiqeyl Spirs antidopinq qaydalarını pozduğuna 22 ay müddətinə cəzalandırılıb.
Sportnet.az Beynəlxalq Tennis Federasiyasının (ITF) rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı idmançının orqanizmində presteron, testosteron və metabolit maddələri aşkarlanıb. Onun cəzası 2021-ci ilin sentyabrında başa çatacaq.
Tennisçi bildirib ki, preparatların qəbulu onun idman performansı ilə əlaqədar deyil. Lakin ITF onu təqsirkar bilib və bütün reytinq xallarından, turnirlərdə əldə etdiyi mükafatlardan məhrum edib.
Qeyd edək ki, Ebiqeyl Spirs dünya reytinqində 37-ci sırada idi.