Koronavirusa görə baş tutmayan tennis üzrə Böyük Dəbilqə seriyalı "Uimbldon-2020" turnirinin ziyanını sığorta şirkəti qarşılayacaq.
Sportnet.az “The Times”a istinadən xəbər verir ki, yarışın təşkilatçıları 2003-cü ildə qeydə alınan SARS virusundan sonra sığortaya pandemiya ilə əlaqədar maddə daxil ediblər.
Bildirilib ki, sığorta şirkəti 100 milyon funt-sterlinq ödəmə edərək bu ili ziyansız başa vurmağa səbəb olub.
Qeyd edək ki, Uimbldon tunriri növbəti ildə baş tutacaq. Yarış bu il iyunun 29-dan iyulun 12-dək İngiltərənin paytaxtı Londonda təşkil olunmalı idi.